Hava daşımaları üzrə Əsasnamə və komissiyanın tərkibi təsdiqlənib
Hava daşımaları üzrə Əsasənamə və komissiyanın tərkibi təsdiqlənib. Şəffaflıq.az xəbər verir ki, Prezident İlham Əliyev "Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Komissiya haqqında Əsasnamə"nin və "Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Komissiyanın tərkibi" təsdiq edilməsi barədə Fərman imzalayıb. Fərmanda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. "Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Komissiya haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur) 2. "Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Komissiyanın tərkibi" təsdiq edilsin (əlavə olunur). 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin".
Facebook-da paylaş
