Azərbaycanda 2026-cı ildə xərc üzrə siyasətin əsas istiqamətləri açıqlanıb
Azərbaycanda dövlət büdcəsinin əsas xərc istiqamətləri büdcə siyasəti qarşısında dayanan çağırışlar və sosial-iqtisadi hədəflər əsas götürülməklə ortamüddətli resurs zərfinə uyğun olaraq Milli Xərc Prioritetləri əsasında müəyyənləşdirilib. Şəffaflıq.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Ümumilikdə, 2026-2029-cu illərdə büdcə xərcləri dövlətin əsas funksiyalarının maliyyələşdirilməsinin təmin edilməsinə yönəldiləcək. Ortamüddətli dövrdə dövlət büdcəsi xərclərinin aşağıdakı istiqamətlər üzrə prioritetləşdirilməsi nəzərdə tutulur: - ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, o cümlədən ölkə sərhədlərinin bərpası və toxunulmazlığının təmin edilməsi, ordunun maddi-texniki təchizatının müasirləşdirilməsi, ərazilərin minalardan təmizlənməsi, hərbçilərin sosial təminatının və xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində kompleks tədbirlərin və layihələrin icrası; - iqtisadiyyata dövlət büdcəsindən birbaşa və dolayısı ilə dövlət öhdəlikləri, dövlət sifarişi, subsidiya, subvensiya və dotasiya formasında maliyyə dəstəyinin davam etdirilməsi; - əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi; - əməkhaqqı sisteminin təkmilləşdirilməsi; - müdafiə olunan xərclərin, o cümlədən əməyin ödənişi, pensiyalar, müavinətlər, təqaüdlər və digər sosial ödənişlər ilə bağlı xərclərin maliyyə təminatı; - dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulmuş dövlət proqram və tədbirlərin maliyyə təminatı.
Facebook-da paylaş
