Putinin əmrindən çıxmayan Əsəd odla oynayır! - Türk əsgərlərinin yerləşdiyi şəhəri mühasirəyə aldı!

 

Şəffaflıq.az xəbər verir ki, Bəşər Əsədin ordusu Türkiyənin müşahidə məntəqələrinin də yerləşdiyi Serakib şəhərini mühasirəyə alıb.

İdlibdə Bəşər Əsədə tabe olan rejim qüvvələrinin dekabr ayından bəri davam etdirdiyi “İdlib şəfəqi” əməliyyatı çərçivəsində Türkiyənin Rusiya ilə razılaşdırılmış şəkildə qurduğu nəzarət məntəqələrinin olduğu Serakib şəhərini mühasirəyə alıb.

Serakib Dəməşq üçün mühüm olan M4 və M5 yolllarının kəsişdiyi yerdə yerləşir. M4 Hələbi Lazkiyaya, M5 də Hələbi paytaxt Dəməşqə aparan əsas yol hesab edilir.

Türkiyə Silahlı Qüvvələri tədbir görür

Suriya ordusu bir həftəyə yaxındır ki, Serakibə doğru irəliləməkdədir. Türkiyə Dəməşqin irəliləməsini dayandırmaq və yerləşdiyi sahədə problem yaşmamaq üçün Serakibdəki nəzarət məntəqələrini gücləndirib. Rayonun ətrafında əlavə 3 ədəd nəzarət məntəqəsi qurulub.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}