Qusarda 14 yaşlı oğlan itkin düşdü - FOTO

 

Qusarda 14 yaşlı yeniyetmə itkin düşüb.

Şəffaflıq.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Qusar rayonu Bədirqala kənd sakini, 2006-cı il təvəllüdlü Əmrahov Əmrah Narulla oğlu cari ilin fevral ayının 1-də axşam saatlarında yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Ə.Əmrahovun əlamətləri belədir: Boyu 155-160 sm., orta bədən quruluşlu, qısa saçlı, sağ qaşında xırda çapıq var. Azərbaycan və ləzgi dillərində sərbəst danışır.

Evdən çıxan zaman onun əynində qara idman şalvarı, qara qısa gödəkcə və qara rəngli idman papağı olub.

Şəkildə gördüyünüz yeniyetməni tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Qusar Rayon Polis Şöbəsinə və 023-385-28-22 şəhər nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur. 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}