Qubada itkin düşən azyaşlı qız tapılıb

 Quba rayonunda itkin düşən azyaşlı tapılıb.
Bu barədə "Report"a DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.
Bildirilib ki, Quba rayon sakini Aslan İslamov gecə saatlarında rayon polis şöbəsinə müraciət edərək 2017-ci il təvəllüdlü azyaşlı qızı Ayla İslamlının yaşadıqları evin həyətindən çıxaraq itkin düşməsi barədə məlumat verib.
Məlumatla əlaqədar polis şöbəsinin əməkdaşları dərhal rayon ərazisində axtarışlara başlayıblar. Nəticədə itkin düşən üç yaşlı qız qısa müddətdə tapılaraq ailəsinə təhvil verilib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}