Baş Nazir Əli Əsədov təhsillə bağlı mühüm qərar İMZALADI

 Nazirlər Kabineti Azərbaycan Respublikasının "Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”nda dəyişiklik edib.
Şəffaflıq.az xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən, beynəlxalq təcrübədə olduğu kimi magistraturaya qəbul imtahanının yalnız bir mərhələdə - ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi üzrə keçirilməsini nəzərdə tutur.
Qeyd edilməlidir ki, hazırda imtahanlar iki mərhələdə aparılır:
I mərhələ - ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi;
II mərhələ - ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}