Tanınmış həkim XƏBƏRDARLIQ EDİR: "Uşaqlar bu mexanizmdən məhrum olur”

“Uşaqlarınızın operativ beyin fəaliyyətini və yaddaşını yaxşılaşdırmaq istəyirsinizsə, onları televizordun önündən yığışdırın”.
Şəffaflıq.az xəbər verir ki, bu sözləri tanınmış anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib.

 Həkim məsləhət görüb ki, uşaqlar beynin fəaliyyətini mükəmməlləşdirmək üçün çoxlu kitab oxumalıdır: “Oxumaq hər hansı informativ verilişə və ya leksiyaya qulaq asmaqdan daha faydalıdır. Çünki insan oxuyanda onun düşünməyə daha çox vaxtı olur. Hər cümlənin sonunda insan qısa müddət fasilə verərək düşünür. Məhz bu mikropauzalar insanı inkişaf etdirir. Uşaq TV-yə baxanda hər gördüyündən sonra fasilə verə bilmir və bu mexanizmdən məhrum olur”.Publika.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}