Bu uşağın məktubu Feysbukda böyük müzakirəyə səbəb oldu

 ABŞ-ın Texas ştatından olan 7 yaşlı oğlanın Santaya yazdığı məktubu sosial şəbəkə istifadəçilərini çox kədərləndirib.
Şəffaflıq.az ted.az-a istinadən bildirir ki, anası ilə birlikdə atasının zorakılığından qaçıb sığınacaqda müvəqqəti yaşayan uşaq Santadan kitablar, bir lüğət, kompas, saat, bir də "çox, çox, çox yaxşı bir ata" istəyib.
"Hörmətli Santa,
Evdən çıxmalı olduq. Atam bizi çox incidirdi. Bütün ev işlərini görməliydik. Atam istədiyi hər biri işi görürdük. Ancaq o, yenə də bizi döyürdü. Anam evdən qaçıb, daha təhlükəsiz bir yerə getməyimiz lazım olduğunu dedi. Biz də bura gəldik. Ancaq mən çox narahatam. Digər uşaqlarla ünsiyyət qurmaq istəmirəm. Bu Milad sən gələcəksən? Biz evimizdən çıxanda heç bir əşyamızı götürmədik. Mənə bəzi kitablar, bir lüğət, bir kompas və saat gətirə bilərsən? Bir də mən çox, çox, çox yaxşı bir ata istəyirəm. Bunu da edə bilərsən?", - deyə balaca oğlan məktubunda qeyd edib.
Anası oğlunun yazdığı bu məktubu, onun çantasından tapdıqdan sonra onu Feysbukda paylaşıb.
Sosial şəbəkədə yayımlanan məktuba  yüzlərlə istifadəçi biganə qalmayıb. Onlar oğlana kömək etmək üçün kampaniya başladıblar. Bundan başqa uşağın məktubu CNN televiziyasının da diqqətini çəkib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}