Rusiyanın Su-30SM qırıcıları Ermənistana çatdırıldı

 

Şəffaflıq.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan öz “Feysbuk” səhifəsində Rusiyadan Su-30SM qırıcılarının gəldiyi xəbərini verərək, təyyarələrin uçuş videosunu paylaşıb.

Paşinyan yerə enən dörd ədəd təyyarənin videosunu paylaşaraq yazıb: “Bizim üçün ilin ən yaxşı nailiyyəti – çoxfunksiyalı Su-30SM qırıcılarıdır”.

Ermənistanın müdafiə naziri bu yaxınlarda jurnalistlərə bildirmişdi ki, İrəvan  Rusiyadan Su-30SM qırıcılarının tədarükü ilə bağlı sövdələşmənin pulunu artıq qismən ödəyib. Onun sözlərinə görə, Ermənistan birinci mərhələdə, 2019-2020-ci illərin qovuşuğunda Rusiyadan 4 ədəd Su-30SM qırıcısı almağı, ümumilikdə isə bu texnikadan 12 ədədinə sahib olmağı planlaşdırır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}