Yeni Ombdusman Səbinə Əliyeva kimdir? - DOSYE

 Azərbaycanın yeni Ombdusmanı bəlli olub.
Şəffaflıq.az xəbər verir ki, Milli Məclisin plenar iclasında Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini Əliyeva Səbinə Yaşar qızı Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilib.

Yen Ombudsman, hüquq üzrə fəlsəfə doktoru olan Səbinə Əliyeva Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlarla iş komitəsinin sədri Siyavuş Novruzovun həyat yoldaşıdır.
O, Azərbaycanın Çin Xalq Respublikasınıdakı sabiq səfiri və Millət vəkili Yaşar Əliyevin qızıdır. Səbin Əliyeva 1980-ci il təvəllüdlüdür, 3-cü dərəcəli Dövlət müşavidirir. O, 2013-cü ildə Prezident İlham Əliyev tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
Qeyd edək ki, Səbinə Əliyeva buna qədər Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini vəzifəsini daşıyırdı.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}