Mingəçevirdə dəmir yolu keçidində ölümlə nəticələnən qəza baş verib


Mingəçevirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Şəffaflıq.az-ın məlumatına görə, hadisə Stansiyası Mingəçevir yaxınlığında qeydə alınıb.

Belə ki, Mingəçevir şəhər sakini, 1988-ci il təvəllüdlü Ağayev Xanlar Vahid oğlunun idarə etdiyi "Audi" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qeyd edək ki, avtomobil yüksək sürətlə hərəkətdə olub və döngəyə daxil olarkən nəqliyyat vasitəsi idarəetmədən çıxaraq dəfələrlə yuvarlanaraq aşıb.

"Azərbaycan Dəmir Yolları" QSC-də hadisə ilə bağlı məlumat yayıb. Qurumdan bildirilib ki, martın 27-də saat 00:26 radələrində Mingəçevir şəhərində 99-DZ-700 dövlət nömrə nişanlı “Audi” markalı maşın yüksək sürətlə hərəkətdə olarkən sürücü idarəetməni itirib və dəmiryol keçidinin yaxınlığında təmas xəttinin dirəyinə çırpılıb: "Qəza nəticəsində sürücü vəfat edib.

ADY bir daha nəqliyyat vasitələri sürücülərini dəmiryol keçidlərinə yaxınlaşarkən sürət həddini aşağı salmağa, yüksək sayıqlıq göstərməyə çağırır".


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}