Azərbaycanda süni yağış yağdırılması təklif olunur


İsrailin Milli Su Qurumu - “Mekorot” şirkəti Azərbaycanda su qıtlığının qarşısını almaq üçün süni yağış yağdırmaqla bağlı layihə təklif edib.

Bunu Şəffaflıq.az-a açıqlamasında şirkətin beynəlxalq əlaqələr şöbəsinin direktoru Dieqo Berqer bildirib.

Onun sözlərinə görə, layihə ötən həftə "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-yə təqdim olunub: "Təkliflərimiz arasında süni yağışın yağdırılması da var. Buludların içərisində aerozollar var. Gümüş yodid kristallarını aerozollara səpəndə onlar ağırlaşır, yağış yağır. Bunu ölkənin şimalında və cənubunda reallaşdırmaq olar. İsraildə 1972-ci ildən ötən ilə kimi bu üsuldan istifadə etmişik. İndi isə ona ehtiyacımız yoxdur. Bu layihə böyük vəsait tələb edir, amma gələcəkdə istifadəsi o qədər də xərc tələb etməyəcək. Sözügedən layihə ilə bağlı planlaşdırma düzgün aparılmalıdır. Radarlar olmalıdır, səpiləcək nöqtələr hesablanmalıdır".


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}