Münxendə Azərbaycan Prezidenti ilə “Indra” şirkətinin prezidentinin görüşü olub


Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən “Indra” şirkətinin prezidenti, idarə heyətinin sədri Mark Tomas Murtranın görüşü olub.

Şəffaflıq.az  xəbər verir ki, görüşdə ötən illər ərzində şirkət ilə Azərbaycan arasında qurulmuş əməkdaşlıqdan məmnunluq ifadə olundu, bu əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulandı.

Söhbət zamanı bir sıra yeni layihələr barədə fikir mübadiləsi aparıldı və əməkdaşlığın davam etdirilməsinə qarşılıqlı maraq ifadə olundu.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}