Sabah Macarıstanın XİN başçısı Türkiyəyə səfər edəcək


Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Türkiyəyə səfər edəcək.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi

məlumat yayıb.

Xarici siyasət idarəsinin mətbuat xidməti bildirib ki, macar diplomatın səfər fevralın 15-də baş tutacaq. Siyarto türkiyəli həmkarı Hakan Fidanla görüşəcək, Türkiyə – Macarıstan İqtisadi və Ticari Birgə Komitəsinin birinci iclasına qatılacaq.

Nazirlər arasında baş tutacaq görüşdə Türkiyə ilə Macarıstan arasında “gücləndirilmiş strateji tərəfdaşlıq” çərçivəsində ikitərəfli münasibətlərin, Türkiyə – Aİ əlaqələrinin və cari regional gedişatların müzakirə olunması nəzərdə tutulur.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}