Ermənistanın Müdafiə Nazirliyinin hərbi hissələrindən birində yanğın baş verib.


Ermənistanın Müdafiə Nazirliyinin hərbi hissələrindən birində yanğın baş verib. 

Şəffaflıq.az  xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. 

Məlumata görə, insident zamanı ehtiyatda olan hərbçi ölüb.  

Bildirilir ki, hadisə döyüş mövqeyindən bir qədər aralıda olub. Yanğının qeyri-müəyyən şəraitdə baş verdiyi vurğulanır. Hadisənin qurbanı 1985-ci il təvəllüdlü Artur Qriqoryan olub. 

Yanğın zamanı başqa zərərçəkən olmayıb. Faktla bağlı araşdırma aparılır. 


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}