Güleda Cankelin 14 noyabrdakı paylaşımında "Sevərmi hər ürək qatilini" yazdığı, bir başqa paylaşımında isə...

 Türkiyənin İsparta vilayətində tələbə Güleda Cankel (19) Muğladan onu görməyə gələn tanışı tərəfindən qətlə yetirilib.
Şəffaflıq.az xəbər verir ki, tələbə qızı öncə boğduğu, sonra bıçaqladığı deyilən şübhəli şəxs saxlanılıb.
Hadisə bazar günü baş verib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Mərhumun keçmiş sevgilisi olduğu iddia edilən Zafer P.-nin sosial şəbəkə hesabından etdiyi paylaşımlar diqqət çəkib. Zafer P.-nin paylaşımlarından birində "Hər şeyin zamanı yaşadığınız o andır, xoşbəxt olmağı təxirə salmayın. Ürəyiniz istədiyi vaxt ölməyəcəksiniz. Və biz o zamanın dəyərini bimədik. 11.11.19" ifadələrinə yer verdiyi, digər paylaşımında isə "Bitdi. 18.11.2019. 13.47" yazdığı üzə çıxıb.

 
Güleda Cankelin də sosial şəbəkə hesabından etdiyi paylaşımlar görənləri dəhşətə gətirib. Cankelin öldürüldüyü gün - 17 noyabrda, Twitter hesabındakı son paylaşımında, "Şəhərin işıqlarını söndürün, xəyal qurmaqda davam edim" yazdığı məlum olub.
Cankelin ondan bir neçə gün əvvəl isə "Nəfəs almaq deyilmiş yaşamaq", "Xoşbəxt ol, hər şey yolunda getdiyi üçün deyil, hər şeyi yoluna qoya biləcək gücə sahibsən deyə" yazdığı ortaya çıxıb.
Güleda Cankelin 14 noyabrdakı paylaşımında "Sevərmi hər ürək qatilini" yazdığı, bir başqa paylaşımında isə "İnsanları tanıdıqca itləri daha çox sevməyə başladığımı görürəm" yazdığı aşkara çıxıb. 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}