ADPU-nun Şamaxı Filialında 2 Fevral-Gənclər Günü münasibətilə tədbir keçirilib.-FOTO


Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı Filialında 2 Fevral-Gənclər Günü münasibətilə tədbir keçirilib.

Filialın direktoru dosent Tünzalə Yusifova gələcəyimizin qurucusu olan gəncləri təbrik edərək sözə başlayıb. O qeyd edib ki,  bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olmasının vacib amildir. Bu baxımdan sağlam düşüncəli və savadlı nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir. Təsadüfi deyil ki, Ulu Öndərin ikinci dəfə siyasi hakimiyyətə gəlişindən sonra gənc nəslə diqqət və qayğı dövlətin ən mühüm fəaliyyət istiqamətlərindən birinə çevrilmişdir. Ayrı-ayrı dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə 1994-cü ildə yaradılmış Gənclər və İdman Nazirliyi qısa müddətdə dövlət gənclər siyasətinin istiqamətlərini müəyyənləşdirərək uğurla həyata keçirməyə başlamışdır.


1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoymuşdur: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”. Çıxışda o da vurğulanıb ki, bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Eyni zamanda gənclər müxtəlif təşkilatlarda könüllü kimi fəaliyyət göstərərək həm təcrübə qazanır, həm də hərtərəfli inkişaf edirlər.

Dövlətin  təhsil müəssisələrinin qarşısına qoyduğu öhdəliklərin ADPU-nun Şamaxı Filialı tərəfindən də uğurla həyata keçirilməsinin nəticəsdiir ki, filialın tələbələri filial, rayon və respublika səviyyəli tədbirlərdə fəal iştirak edir, diplom və sertifikatlarla təltif olunurlar. Bu gün də bir neçə tələbə fəallığına görə Tünzalə Yusifova tərəfindən sertifikatla təltif olundu. Bu münasibətlə Tünzalə xanım tələbə gənclərimizi səmimi qəlbdən təbrik edərək daha böyük uğurlar  və nailiyyətlər arzu etdi.


Ardınca tələbələrin çıxışları dinlənildi.

Son olaraq filialın  Tələbə Gənclər Təşkilatının (TGT)sədri Nuranə Mirzəyeva hesabat xarakterli çıxış etdi.

Bütün tələbələrimizi əlamətdar gün münasibətilə təbrik edir və uğurlarının davamlı olmasını diləyirik.

Şəffaflıq.az  


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}