Həndbol üzrə Azərbaycan çempionatı: IV turun təqvimi müəyyənləşib


Həndbol üzrə kişi və qadınlar arasında 30-cu Azərbaycan çempionatlarında IV turun təqvimi müəyyənləşib.

“Report”un məlumatına görə, oyunlar dekabrın 2-də və 9-da keçiriləcək.

İlk olaraq sabah “AHF Arena” İdman Kompleksində qadınların liqasında iki görüş baş tutacaq. Əvvəlcə “İdman Akademiyası” ilə “Qarabağ” komandaları üz-üzə gələcəklər. İki saat sonra isə “Azəryol” “Bakı”nı sınağa çəkəcək.

Ayın 9-da isə qadınların çempionatında bir, kişilərin yarışında iki matç oynanılacaq. Həmin günün kişilər arasında “Azəryol” – “Kür” və “Qarabağ” – “Bakı” qarşılaşmaları Azərbaycan Həndbol Federasiyasının rəsmi feysbuk səhifəsində və yutub kanalında canlı yayımlanacaq.

Həndbol üzrə ölkə çempionatı
IV tur

Qadınlar
2 dekabr

10:00. “İdman Akademiyası” – “Qarabağ”
12:00. “Bakı” – “Azəryol”
9 dekabr
12:00. “Gənclər Birliyi” – “Kür”

Kişilər
9 dekabr

14:00. “Azəryol” – “Kür”
16:00. “Qarabağ” – “Bakı”

Şəffaflıq.az  


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}