Türkiyənin şərqində 5,2 maqnitudalı zəlzələ baş verib


Türkiyənin şərqindəki Malatya vilayətində 5,2 maqnitudalı zəlzələ baş verib.

“Report” “TRT Haber” telekanalına istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Departamenti məlumat yayıb.

Zəlzələnin fəsadları barədə hələlik məlumat yoxdur. Zəlzələ yerli vaxtla saat 17:46-da qeydə alınıb. Zəlzələ ocağı 7 km dərinlikdə yerləşib.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzindən bildirilib ki, yeraltı təkanların episentri təxminən 441 min nəfər əhalisi olan Malatya şəhərindən 30 km cənub-şərqdə yerləşib.

Zəlzələ Türkiyənin şərqində bir çox bölgədə hiss olunub.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}