Şamaxıda beynəlxalq badminton turniri keçiriləcək


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş Türkdilli Dövlətlər arasında beynəlxalq badminton turniri keçiriləcək.

Şəffaflıq.az-ın məlumatına görə, yarış noyabrın 6-8-də Şamaxı Olimpiya İdman Kompleksində təşkil olunacaq.

Turnirdə Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanı təmsil edən badmintonçular mübarizə aparacaqlar.

İdmançılar 5 kateqoriya üzrə mükafatçıları müəyyənləşdirəcəklər.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}