Azərbaycan və Türkiyə orduları azad olunan ərazilərdə birgə taktiki təlim keçirəcək


Oktyabrın 23-də Azərbaycan və Türkiyə ordularının birgə taktiki təlimləri başlayır.

Bu barədə  Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimlərin Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və azad edilmiş ərazilərimiz də daxil olmaqla bir neçə istiqamətdə keçirilməsi planlaşdırılır.

Təlimlər Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr olunub.

Birgə taktiki təlimə cəlb edilən qardaş ölkənin Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu və aviasiya vasitələri Azərbaycana gəlib.

Təlimlər oktyabrın 25-də başa çatacaq.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}