Türkiyədə ağır yol qəzası olub, ölən və yaralananlar var


Türkiyədə bir nəfərin ölümü, bir neçə nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası olub.

Bu barədə “Report” TRT Haber”ə istinadən xəbər verir.

Məlumata görə, Van-Hakkari yolunun 90-cı kilometrliyində yük maşını qarşıdan gələn sərnişin mikroavtobusu ilə toqquşub. Hadisə nəticəsində 1 nəfər ölüb, 11 nəfər xəsarət alıb. Əraziyə xilasetmə, təcili tibbi yardım və jandarm qrupları cəlb edilib.

Yaralılar ilkin tibbi yardımdan sonra Van Regional Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.

Qəza ilə bağlı araşdırma aparılır.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}