Bir ailənin beş üzvü yol-nəqliyyat hadisəsində xəsarət alıb


“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun “Stansiya” yaşayış massivində qeydə alınıb.

Belə ki, hərəkətdə olan VAZ-2107 markalı avtomobil “Zaporojets” markalı avtomobillə toqquşub.
Qəza nəticəsində rayonun 20 Yanvar küçəsinin sakinləri, 1990-cı il təvəllüdlü Rauf İbrahim oğlu Quliyev, həyat yoldaşı, 1990-cı il təvəllüdlü Minurə Mehman qızı Quliyeva, onların övladları, 2014-cü il təvəllüdlü Mələk Quliyeva, 2017-ci il təvəllüdlü Z.Q. və 2018-ci il təvəllüdlü R.Q. müxtəlif dərəcəli xəsarətlər alıblar.

Onlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. İlk tibbi yardımdan sonra ana və qızlarından biri Bakıya xəstəxanalardan birinə göndəriliblər.

Faktla bağlı araşdırma aparılır.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}