Xəstəxana dəhlizinə sığınan yaşlı kişi qeyb olub?


Xəstəxana dəhlizində gecələyən yaşlı kişi artıq oradan da gedib.

Bu barədə Oxu.Az-a 1 saylı Şəhər Klinik Xəstəxanasından məlumat verilib.

Qeyd olunub ki, həkimlər və tibb bacıları ona əllərindən gələn köməkliyi ediblər:

“Araşdırma apardıq. Məlum oldu ki, həmin kişinin ailəsi ilə əlaqəsi yoxdur. Bu səbəbdən də gəlib bizim Təcili Yardım Şöbəsində gecələyib. Artıq bir neçə gündür ki, həmin şəxs xəstəxanada yoxdur”.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, xəstəxana dəhlizində gecələyən həmin yaşlı kişinin ad, soyadı Fikrət Eyvazovdur.

Xatırladaq ki, F.Eyvazov bir həftədən çox Nəsimi rayonu, M.Mirqasımov küçəsi 1 ünvanında yerləşən 1 saylı Şəhər Klinik Xəstəxanasının dəhlizində gecələyib. Onun fotosu sosial şəbəkələrdə yayılmışdı.

Nəzrin Vahid

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}