“Savaşa yalnız Putin son qoya bilər” – Alman nəşrindən ŞOK MƏQALƏ

 

“Türkiyənin Suriyaya hücumundan sonra vəziyyət daha da pisləşir. Bütün dünya Türkiyəyə etiraz edir və sanksiyalarla hədələyir. Ancaq bu müharibəni yalnız bir nəfər dayandıra bilər - Rusiya Prezidenti Vladimir Putin”.

Şəffaflıq.az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın “Göteborgs-Posten” nəşri yazıb.

Nəşr vurğulayır ki, ABŞ geri çəkilərkən, Suriyanı öz protektoratına çevirdi və Yaxın Şərqi Rusiyanın təsir dairəsinə daxil etdi:

“Həm Suriya Prezidenti Bəşər Əsəd, həm də Vladimir Putin yeni cəbhə xəttindəki döyüşlərdə iştirak edir, birbaşa və ya dolayı olaraq. Rusiya indi Suriyadakı daimi hərbi mövcudluğu və ABŞ-ın getməsi səbəbiylə regional təsirini artıran güclü bir oyunçudur.

Türkiyənin hücumlarına və bölgədəki qarşıdurmalara son qoya biləcək yeganə şəxs də Vladimir Putindir. Putin Əsəd qüvvələri geri çəkildikdə və məğlubiyyət ərəfəsində olanda Suriyadakı müharibəyə müdaxilə etdi. İndi Rusiya qırıcılarının, raketlərin və xüsusi təyinatlı qüvvələrin köməyi ilə rejim ölkənin əksər hissəsini ələ keçirib”.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}