Sudanda fövqəladə vəziyyət elan edilib

Sudanda hazırkı ali idarəçilik qurumu olan Suveren Şuranın sədri general Əbdülfəttah əl Burxan həm bu qurumun, həm də hökumətin buraxıldığını elan edib.
Şəffaflıq.az xəbər verir ki, xalqa müraciət edən şura sədri həm də 2019-cu ildə üç illik keçid dövrü üçün hərbçilər və vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən imzalanmış Konstitusiya Bəyannaməsinin bir sıra müddəalarının dondurulduğunu, 2023-cü ildə keçiriləcək ümumi seçkilərədək gənclərdən ibarət müstəqil hökumətin fəaliyyət göstərəcəyini bildirib.
Bununla yanaşı, ölkədə fövqəladə vəziyyət elan edilib, bir sıra əyalətlərin qubernatorları istefaya göndərilib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}