Gürcüstanın hakim Gürcü Arzusu Partiyası oktyabrın 27-də saat 17:00-da Tbilisidə kütləvi aksiya təşkil edəcək.

 Gürcüstanın hakim Gürcü Arzusu Partiyası oktyabrın 27-də saat 17:00-da Tbilisidə kütləvi aksiya təşkil edəcək.
Şəffaflıq.az xəbər verir ki, bu barədə partiyanın sədri İrakli Kobaxidze keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, seçki öncəsi mitinqdə “Gürcü Arzusu”nun on minlərlə tərəfdarı toplaşacaq və gürcü xalqının gücü nümayiş etdiriləcək: “Gürcüstanın gələcəyinə, sülh, sabitlik və inkişafa dəyər verən hər kəsi aksiyada gözləyirik”.
Qeyd edək ki, qonşu ölkədə oktyabrın 30-da yerli özünüidarəetmə orqanlarına seçkilərin ikinci mərhələsi keçiriləcək.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}