Ukrayna Krımla sərhəddə təlim keçirib

Ukrayna Silahlı Qüvvələrinin "Toçka-U" taktiki raket sistemlərindən ibarət ekipajları Krımla sərhəddə təlimlər keçirib.
Şəffaflıq.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hərbçilər "Toçka-U"nun ekipajları raket atışları üçün ilkin məlumatların hazırlanması, komplekslərin səyahət mövqeyindən döyüş mövqeyinə köçürülməsi, habelə raketin nəqliyyat vasitəsindən yenidən yüklənməsi üzrə uğurlu manevrlər nümayiş etdiriblər.
Bundan əlavə, raket bölməsinin döyüş ekipajları ərazinin radiasiya və kimyəvi çirklənməsi şəraitində, həmçinin şərti düşmənin təxribat və kəşfiyyat qruplarının hücumunu dəf etməklə bağlı hazırlıqlar keçib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}