ABŞ Avropada son 25 ilin ən böyük təlimlərinə başlayıb

 

ABŞ Estoniyada son 25 ildə Avropadakı ən böyük təlimlərinə başlayıb.


Şəffaflıq.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Esotniya Müdafiə Qüvvələrinin baş qərargahının mətbuat xidmətindən bildirilib.

Məlumata görə, “Swift Response” adlanan təlimlər “ABŞ-ın Avropadakı “Defender Europe” manevrinin başlanğıcı hesab olunur.

Qərargahdan verilən məlumata görə, mayın 5-də Estoniya Müdafiə Qüvvələrinin mərkəzi poliqonunda ABŞ Ordusunun 41-ci səhra artilleriya briqadasının MLRS çoxsaylı raket sistemlərindən canlı atışı baş verib. Beş qurğu 10-dan çox raket atıb.

Mayın 7-də isə ABŞ-ın 82-ci Hava-Desant Bölməsinin hərbçiləri Yarva əyalətinin Nurmsi qəsəbəsindəki aerodroma eniş edəcəklər. Bundan əlavə, paraşütlə ağır texnika və avadanlıqlar atılacaq. Desantların əksəriyyəti Estoniyaya birbaşa ABŞ-dan, Şimali Karolinadan gələcəklər.

Mayın 8-də gecə-gündüz Amerika qoşunları Nurmsidən Mərkəzi poliqona hərəkət edəcək.

Təlimlər mayın 14-də başa çatacaq. Manevrlərdə Estoniya, ABŞ, Böyük Britaniya Müdafiə Qüvvələrinin təxminən 2,5 min hərbçisi, 20-dən çox təyyarə və 25 helikopter iştirak edəcək.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}