Şamaxıda indiyədək 3330 tondan çox kartof istehsal olunub

 Şamaxı rayonunda kartof yığımı davam edir. Artıq sahələrdən 3336 ton məhsul götürülüb ki, bu da ötən ilin müvafiq dövründəkindən 340 ton çoxdur.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilib ki, Şamaxıda cari mövsümdə 338 hektarda kartof yetişdirilib. İndiyədək 278 hektar sahənin məhsulu yığılıb. Hər hektarda orta məhsuldarlıq 120-130 sentnerdir. Hazırda kartof yığımı rayonun, əsasən şimal dağlıq ərazilərində, o cümlədən Qızmeydan, Mədrəsə, Talışnuru, Məcək və bir sıra digər icra nümayəndəliklərində aparılır. Bu yerlərdə torpaq mülkiyyətçiləri hər hektardan daha yüksək məhsul götürürlər. Yığılan məhsulun böyük qismi yerli bazarlara çıxarılır.
Qeyd edək ki, kartofçuluq təsərrüfatı Şamaxı rayonunda ənənəvi sahədir. Cari mövsümdə bölgədə 1800 tondan çox məhsul istehsal ediləcəyi gözlənilir.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}