Şamaxıda 1120 hektardan çox sahədə təkrar qarğıdalı əkilib

Şamaxı rayonunda indiyədək 1122,2 hektar sahədə təkrar qarğıdalı əkilib və hazırda bu iş davam etdirilir.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, əkilən sahələrinin 20 hektarı dənlik, qalanı isə silosluqdur. Təkrar qarğıdalı əkini əsasən fermerlər tərəfindən həyata keçirilir. Belə ki, əkilən sahələrin 855,2 hektarı onların payına düşür. Habelə “Şamaxı Aqropark” tərəfindən də 267 hektarda əkin aparılıb. Rayonda daha 200 hektarda təkrar qarğıdalı əkiləcəyi gözlənilir.
Qeyd edək ki, ilkin əkin aparılan sahələrdə normal çıxış alınıb və bu yerlərdə aqrotexniki qaydalara uyğun olaraq becərmə işləri aparılır.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}