İsmayıllıda fındıq yığımı davam edir

 İsmayıllı rayonunun fındıq bağlarında məhsul yığımı davam edir və artıq 170 ton fındıq toplanıb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, İsmayıllının torpaq-iqlim şəraiti fındıqçılığın inkişafı üçün çox əlverişlidir. Son illər bölgədə yeni fındıq bağlarının salınması istiqamətində ciddi işlər görülüb və görülməkdədir. Hazırda bağların sahəsi 2095 hektara çatdırılıb ki, bunun da çoxu 2016-cı ildən sonra salınıb. Rayonda 87 hektar bar verən fındıq bağı var. Ötən il bağlardan 283 ton fındıq götürən bağ sahibləri cari ildə bu göstəricinin 300 tona çatacağını gözləyirlər. Məhsul yığımı hazırda daha çox məhsuldar bağları olan Topçu, Qalınçaq, İsmayıllı şəhər ərazilərində aparılır.
Fermerlər və fiziki şəxslər toplanan məhsulu birbaşa satışa çıxarırlar.AZƏRTAC

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}