Şamaxıda yüksək bal toplamış abituriyentlərlə görüş keçirilib.-FOTO

Şamaxı şəhəri Heydər Əliyev Parkında mövcud karantin qaydalarına əməl olunmaqla ali məktəblərə yüksək balla qəbul olunmuş gənclərin bir qrupu ilə görüş keçirilib.

Şəffaflıq.az xəbər verir ki,tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov təhsilin inkişafına göstərilən dövlət qayğısından, eləcə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında ölkəmizdə təhsil strategiyasının uğurla həyata keçirilməsindən geniş söhbət açaraq tələbə adını qazanmış bütün məzunları əldə etdikləri yüksək nəticələr münasibəti ilə təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır. 
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Tamam xanım Cəfərova gəncləri təbrik edərək  dövlətimizin daha da çiçəklənməsi və inkişafı naminə təhsil alacaqları ali təhsil müəssisələrində daha çox biliklər əldə etmələrini onlara tövsiyə etmişdir.
Tədbirdə yüksək nəticə göstərərək ali təhsil müəssisələrinə qəbul olmuş məzunlara müvafiq fəxri fərman və qiymətli hədiyyələr təqdim olunmuşdur.
Şəffaflıq.azшаблоны для dle 11.2


Facebook-da paylaş


{sape_links}{sape_article}