Şamaxı şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şirəliyev Asif Yusif oğlu"XXXII Yay Olimpiya oyunlarında" hakim təyin edilmişdir


Beynəlxalq dərəcəli hakim Asif Şirəliyevə XXXII Yay Olimpiya oyunlarında hakim qismində iştirakı ilə bağlı Dünya Güləş Birliyinin rəsmi dəvətinin təqdimatı keçirilmişdir.
Şəffaflıq.az xəbər verir ki, Şamaxı şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şirəliyev Asif Yusif oğlu"XXXII Yay Olimpiya oyunlarında"  hakim təyin edilmişdir
23-iyul 08 avqust 2021 ci il tarixlərində Yaponiyanın Tokiyo şəhərində keçiriləcək XXXII Yay Olimpiya oyunlarında Dünya Güləş Birliyinin qərarına əsasən sərbəst güləş üzrə beynəlxalq dərəcəli hakim, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Şamaxı şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şirəliyev Asif Yusif oğlu hakim təyin edilmişdir. Bu münasibətlə  Şamaxı Olimpiya Mərkəzində təşkil olunmuş tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatı Tamam xanım Cəfərova və digər rəsmi qonaqlar, eləcə də rayonun idman ictimayyətinin nümayəndələri və gənc idmançılar iştirakı etmişdir.
Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğıdan geniş söhbət açaraq XXXII Yay Olimpiya oyunlarında ölkəmizi 14 idman növü üzrə təmsil edəcək 44 idmançıya, həmçinin bu oyunlarda hakim kimi çıxış edəcək Asif Şirəliyevə uğurlar arzulayaraq ona öz ədalətli qərarları ilə dövlətimizi layiqincə təmsil edəcəyinə əminliyini ifadə etmişdir.





 

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Tamam xanım Cəfərova əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər və idman siyasətinin bu gün cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişdir. Tamam xanım Cəfərova Asif Şirəliyevə Dünya Güləş Birliyinin rəsmi dəvətini təqdim edərək ona bu oyunlarda uğurlar arzulamışdır.
Digər çıxış edənlər MMA liqasının prezidenti Kənan Məmmədov, veteran idmançı Hacıbaba Şıxıyev, rayon gənclər və idman idarəsinin rəisi Şahmar Hüseynov çıxış edəcək  Asif Şirəliyevi  təbrik edərək ona uğurlar arzulamışlar.
Yekunda çıxış edən Asif Şirəliyev  Dünya Güləş Birliyi tərəfindən ona göstərilmiş bu etimadı ədalətli qərarları ilə doğruldacağını, ölkəmizi bu yarışlarda layiqincə təmsil edəcəyini bildirmişdir.
Tədbirin sonunda gənc idmançılarla xatirə şəkilləri çəkilmişdir.
Yanoş Məhərrənov
Şamaxı
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}