Şamaxı Astrofizika Rəsədxanasının vəzifəli şəxsi barəsində cinayət işi başlanılıb

 

Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşının barəsində olan cinayət işinin istintaqı yekunlaşıb

Şəffaflıq.az Oxu.az- a istinadən xəbər verir ki, AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının aparıcı elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Ədalət Ətayi xüsusi ittiham qaydasında böhtan atmaqda təqsirləndirilir. Fəlsəfə doktoru barəsində Cinayət Məcəlləsinin 147.2-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə ittiham olunur.

Cinayət işi üzrə ibtidai istintaq başa çatıb və iş baxılması üçün Şamaxı rayon Məhkəməsinə göndərilib. Cinayət işi hakim Etibar Hümbətovun icraatına verilib. Yaxın vaxtlarda məhkəmənin hazırlıq iclası keçiriləcək.


 Mövzunu diqqətdə saxlayacağıq.


         

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}