Türkiyədə koronavirusla bağlı son vəziyyət

 Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 137 nəfər dünyasını dəyişib.
Şəffaflıq.az-in məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 47 271 nəfərə çatıb.
Bildirilib ki, ölkədə 7 656 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 5 235 978 nəfərə çatıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 11 180 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 5 094 279 nəfər təşkil edir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}