İsmayıllı kəndlərində 15 qonaq evi yaradıldı 27 may 2021-ci il tarixdə İsmayıllıda “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi çərçivəsində tədbir keçirilib.-FOTO

 İsmayıllı kəndlərində 15 qonaq evi yaradıldı 27 may 2021-ci il tarixdə İsmayıllıda  “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi çərçivəsində tədbir keçirilib.

Şəffaflıq.az xəbər verir ki,tədbir Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sifarişi və Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə “Odlar Yurdu” Gənclər İctimai Birliyi və İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə təşkil olunub.

Mövcud pandemiya qaydalarına uyğun keçirilən tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov,  Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev,  eləcə də bir sıra dövlət qurumlarının və müxtəlif QHT-lərin nümayəndələri iştirak edib.

  Onlar İsmayıllı rayonuna məxsus ənənəvi fəaliyyət sahələrinə dair stendlərlə tanış olub. Tədbirdə çıxış edən rayonun rəhbəri ilk olaraq qonaqları salamlayıb, tədbirin İsmayıllıda təşkil olunmasına görə KOB rəhbərliyinə minnətdarlığını bildirib. Qeyd edib ki, rayon çox gözəl təbiəti, bərəkətli torpaqları, mehriban insanları ilə seçilir. 

Turizm potensialına görə regionalar arasında qabaqcıl regionlardan olan İsmayıllıda çox gözəl iş yaratmaq imkanları vardır. Bu imkanlardan istifadə edərək burada turizmi və sanatoriyaları inkişaf etdirə bilərik.

 O, bildirib ki, İsmayıllıda kənd turizminin inkişaf etdirilməsi üçün əlverişli şərait var. Rayonun turizm potensiallı ərazilərində gənclərin fəallığını artırmaqla bu sahəyə dəstək olmaq, ucqar kəndlərdə yaşayan gəncləri və gənc ailələri kənd turizminin inkişafına cəlb etməklə onların maddi rifahına yardım göstərmək olar.

 Bunun üçün  bu sahədə maarifləndirmə işlərini geniş həyata keçirmək lazımdır.RİH başçısı onu da vurğulayıb ki, gələn turistlərdə maraq yaratmaq üçün günün tələblərinə uyğun  daha gözəl evlər tikib istifadəyə vermək olar.Çıxışçılar bildiriblər ki, Yerli və xarici turistlərə qonaqlama xidməti göstərəcək kənd qonaq evləri İsmayıllı rayonunun Buynuz, Xanagah, Topçu, Təzəkənd, Sumağalı kəndlərində və Lahıc qəsəbəsində yerləşir.



KOBİA-nın dəstəyi ilə kənd qonaq evləri əsaslı şəkildə təmir edilib və onların sahiblərinin turizm və xidmət sahələrində bilik və bacarıqlara yiyələnməsi üçün silsilə təlimlər təşkil olunub. Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində qonaq evləri müvafiq avadanlıqlarla (divan və kreslo, stol və stul, yataq dəstləri, qarderob, soyuducu, kondisoner, televizor, mikrodalğalı soba, tozsoran, mətbəx ləvazimatları və s.) təmin olunub.Xatırladaq ki, layihənin icrasına 2020-ci ilin sentyabr ayından başlanılıb. Burada əsas iştirakçıların seçimi zamanı sosial həssas qrupa aid şəxslərə üstünlük verilib.


Layihənin digər üstünlüyü turizm sahəsində 15 mikro sahibkarlıq subyektinin yaradılmasına nail olunmasıdır. İsmayıllı rayonunda 15 sahibkarlıq obyekti - kənd qonaq evi istifadəyə verilib. Tədbir iştirakçıları kənd qonaq evləri ilə tanış olub, onlara layihə çərçivəsində görülmüş işlər barədə ətraflı məlumat verilib.

Dəyanət İsmayılov.
İsmayıllı rayonu
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}