Azərbaycanlılar ABŞ-ın üç şəhərində aksiya keçirib

 Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Amerika Azərbaycanlıları Koordinasiya Şurasının və Yuta–Azərbaycan İcmasının üzvü Kamran Qarayevin təşəbbüsü və təşkilatçılığı ilə ABŞ-ın 3 şəhərində 28 May – Respublika Gününün 103-cü ildönümünə həsr edilən məlumatlandırıcı aksiya keçirilib.
Dövlət Komitəsindən verilən məlumata görə, aksiya zamanı xalqımızın tarixində önəmli yer tutan bu hadisə barədə məlumatları əks etdirən Led ekranlı yük maşınlarının hərəkəti Nyu-York ştatının Manhettan şəhərində, Kaliforniya ştatının Los-Anceles şəhərində və Corciya ştatının Atlanta şəhərində təmin edilib.
Led ekranlarda "28 may – Azərbaycanın Respublika Günü" və "Şərqdə ilk demokratik respublika" sözləri yazılıb, Heydər Əliyev Mərkəzinin Azərbaycan və Türkiyənin dövlət bayraqları ilə işıqlandırılması, Azərbaycanın işğaldan azad olunmuş Şuşa, Zəngilan, Cəbrayıl, Ağdam şəhərlərindəki tarixi memarlıq və dini abidələrin, Xudafərin körpüsünün, hər güşəsində üçrəngli bayrağımızın dalğalandığı məmləkətimizin gözəl təbiətinin təsvirləri əks olunub.
Nyu-Yorkdakı hərəkət marşrutuna Brodvey, Uoll Strit, Vaşinqton Meydan Parkı, 5-ci Avenyu, Çambers Strit, Mərkəzi Park, BMT-nin inzibati binası və digər məşhur mərkəzi kuçələr daxil edilib. Los-Anceles şəhərində Rodeo Drayv, Sanset Bulvarı, Mulholland Drayv, Hollivud Bulvarı, Melrouz Prospekti, Atlanta şəhərində Yüzilliyin Oıimpiya Parkı, Piyemont-park, Vətəndaş və İnsan Haqları Mərkəzi, Ponse-Siti Marketi, Vest Piçtri Strit Şimal-Qərb, Piçtri Memorial Drayv Şimal-Qərb, Piçtri Roud kimi mərkəzi küçələr əhatə edilib.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}