COVID-19 Almaniya iqtisadiyyatına 300 milyard avro dəyərində zərər vurub

 

Koronavirus pandemiyası ilə əlaqəli böhran Almaniya iqtisadiyyatına 300 milyard avroya başa gəlib.


Şəffaflıq.az bildirir ki, bu barədə “Welt” qəzeti məlumat yayıb.

Kölndə yerləşən İqtisadiyyat İnstitutunun rəhbəri Mihael Huther qəzetə verdiyi müsahibəsində deyib ki, pandemiyanın vurduğu zərərin kompensasiya edilməsi illərlə sürə bilər:

“Peyvəndləmə prosesi sürətlə gedir, bu iqtisadiyyatın inkişafı üçün yaxşı göstəricidir. Ancaq böhranın artıq heç bir iz qoymayacağı illüziyasında da olmamalıyıq. Koronavirus olmasaydı, iqtisadiyyat əhəmiyyətli dərəcədə böyüyərdi".

Qeyd edək ki, ölkənin Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, Almaniyada 3 648 958 nəfər koronavirus virusuna yoluxub, 87 380 xəstə ölüb, 3,3 milyondan çox insan sağalıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}