Azərbaycan nümayəndə heyəti Belarusa gedəcək

 

Azərbaycan Prezidenti İlham Əliyevlə Belarus dövlət başçısı Aleksandr Lukaşenko yaxın vaxtlarda Azərbaycanın şəhərsalma mütəxəssislərindən ibarət nümayəndə heyətinin Belarusa səfərini müzakirə ediblər.

Bu barədə Prezidentin mətbuat xidmətinin Azərbaycan və Belarus prezidentlərinin telefon danışığına dair yaydığı məlumatda bildirilir.

Səfər zamanı Azərbaycan nümayəndə heyəti belaruslu həmkarları ilə birlikdə regionda tikinti işlərinin başlanmasına dair planı işləyib hazırlayacaqlar.

Bundan əlavə, Azərbaycandan kənd təsərrüfatı üzrə nümayəndə heyətinin səfəri də gözlənilir. Bu sahədə də Belarus təcrübəsinə ciddi maraq müşahidə edilir.

Bütövlükdə qarşıdakı görüşlər çərçivəsində belaruslu inşaatçıların və digər mütəxəssislərin Azərbaycanda görəcəyi işlərin konkret planları hazırlanacaq.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}