Səhiyyə Nazirliyi əhaliyə çağırış edib - Video

 

Peyvəndlərin müxtəlif ölkələrdən gətirilməsinin birinci səbəbi əhaliyə seçim imkanının verilməsidir.

Şəffaflıq.az məlumatına görə, bunu Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov deyib.
O bildirib ki, hər bir vətəndaş xəstəliyə yoluxmadan orqanizmində anticismlərin yaranmasını təmin edə bilməlidir:
"Vətəndaşlara müraciət edirik ki, peyvəndləmə prosesində aktiv iştirak etsinlər.
Qeyd edək ki, mayın 2-də Azərbaycanın Rusiyadan aldığı “Sputnik V” vaksininin ilk partiyası - 40 min doza peyvənd ölkəyə gətirilib.
Azərbaycanda koronavirusla mübarizə məqsədilə peyvəndləməyə yanvarın 18-dən start verilib. Hazırda ölkədə “Sputnik V” ilə yanaşı, Çin istehsalı olan “Sinovac”, Böyük Britaniya-İsveçrə şirkətinin istehsal etdiyi “AstraZeneca” vaksinindən də istifadə olunur".


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}