KƏMALƏDDİN HEYDƏROV GENERALI İŞDƏN ÇIXARIB - FOTO

 Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov generalı işdən çıxarıb. Bu barədə Unikal.org məlumat yayıb.
Bildirilib ki, nazir FHN-nin Mülki müdafiə qoşunları komandanının müavini, general-mayor Ramin Cəfərovu vəzifəsindən azad edib.
Şəffaflıq.az xatırladır ki, Ramin Cəfərovun adı beç il əvvəl - 2016-cı ilin may ayında Bakının Binəqədi rayonunda baş verən silahlı insidentdə hallandırılmışdı.  Həmin vaxt mətbuatda Binəqədi Rayon Polis İdarəsinə istinadən yayılan məlumatlarda bildirilirdi ki, Bakının 6-cı mikrorayon ərazisində “Lexus” avtomobilini idarə edən (dövlət nömrə nişanı 90 SH 900) Ramin Cəfərov Füzuli rayon Polis Şöbəsinin ictimai təhlükəsizlk şöbəsinin sahə müvəkkili Rafael Xudiyevə tapança çəkib.
İlkin təhqiqat zamanı müəyyən olunmuşdu ki, gecə saat 02.00-da S.Məmmədov küçəsində Baş Xüsusi Dövlət Mühafizə İdarəsinin 31 yaşlı zabiti Famil Quliyevlə FHN-in xidmət rəisi, 39 yaşlı general-mayor Ramin Cəfərov arasında münaqişə yaranıb. Quliyev “Mercedes” markalı avtomobilin, Cəfərov isə “Lexus”un sükanı arxasında olub.
Münaqişənin kökündə sürücülərin bir-birlərinə yol verməməsi olub. İddialara görə, general Ramin Cəfərov Famil Quliyevi təhqir edərək hadisə yerindən uzaqlaşıb. Bu zaman Famil Quliyevin arxasınca “Opel” markalı avtomobili ilə hərəkət edən tanışı-sahə müvəkkili Rafael Xudiyev generalın avtomobilinin arxasınca düşərək onu ötüb və qarşısını kəsib. Ramin Cəfərov bundan qəzəblənərək maşından düşüb və “Jeriko” markalı tabel silahını çıxararaq polisə tuşlayıb.
Lakin polis generala yumruq zərbəsi endirib və onun silahını əlindən alıb. Daha sonra hadisə yerinə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları gəlib. Onların izahatı alınaraq sərbəst buraxılıb. İş üzrə materiallar Binəqədi Rayon Prokurorluğuna verilib. Bu iddialar təkzib olunmayıb.
Bununla əlaqədar baş vermiş insidetinyüksək dairələr tərəfindən nəzarətə götürüldüyü və generalın bu əməlinin cəzasız qalmadığı da yayılan məlumatlar sırasında idi.
Həmin vaxt  general Ramil Cəfərovun sərəncama göndərildiyi bildirilsə də,  sonradan işinə bərpa olunduğu xəbəri yayılmışdı...

 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}