ABŞ Yaponiyada yüksəklik dronu yerləşdirəcək - Stratosferdən Çin donanması izlənəcək

Amerika Birləşmiş Ştatları (ABŞ) hərbi-dəniz qüvvələri (HDQ) Yaponiya ərazisində yüksəklik pilotsuz uçaqları (MQ-4C Triton) yerləşdirmək barədə qərar qəbul edib.
Bu barədə mayın 15-də «Kyodo» agentliyi xəbər verib.
Qeyd olunur ki, dronlar 6 ay ərzində ABŞ-ın Xonsyu adasındakı «Misava» bazasında qalacaq. Yaponiyanın Müdafiə Nazirliyi ümid edir ki, pilotsuz aparatlar dənizdə qonşu dövlətlərin fəallığının artdığı bir şəraitdə ərazidə baş verənlərin izlənməsini gücləndirəcək.
Son vaxtlar Senkaku adaları rayonunda (Şərqi Çin dənizi) Çin HDQ-nin fəallığı Yaponiyanı xüsusilə narahat edir. Ərazi Tokio və Pekin arasında ərazi mübahisəsi predmetidir. Onun ətrafında müzahisə 2012-ci ilin sentyabrında Tokio bu adaların Yaponya özəl sahibkarlarından satın alındığını elan edəndən sona kəskinləşib. O vaxtdan bəri Çin gəmiləri daim mübahisəli arxipelaqın yaxınlığında üzürlər və nümayişkəranə şəkildə onun sahil zonasına daxil olurlar.
MQ-4C aparatı havada 30 saatdan artıq, 17 kilometr hündürlükdə, 610 kilometr/saat sürətilə uçaraq qalmaq qabiliyyətinə malikdir. O, gün ərzində 7 milyon kvadrat kilometr əraziyə (səthə) baxış keçirə bilir.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}