Azərbaycanda bəzi nazirlik və komitələrin birləşməsi gözlənilir

 

“Yaxın vaxtlarda nazirliklərin və komitələrin ixtisarı və birləşməsi baş tuta bilər. Yaxın vaxtlarda Hökumətdə mühüm struktur dəyişikliklərin olacağı istisna deyil. Nazirlər kabinetindəki 17 nazirlik 11-12 nazirlikdə birləşə bilər. 4 komitə isə müxtəlif nazirliklərə birləşə, komitələrdən yalnız 3-ü qala bilər”.

Bu fikirləri politoloq Zaur Məmmədov səsləndirib.
 
Onun sözlərinə görə, bununla da idarəetmənin daha da optimallaşması və mobilləşməsi baş verəcək.

“Uzun müddətdir ki, Xarici İşlər Nazirliyinə komitələrdən birinin daxil olacağı haqqında şayiələr dolaşmaqdadır. Eyni zamanda İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinin genişlənəcəyi bir neçə aydır kı, müzakirə mövzusudur.


Səhiyyə Nazirliyi və TƏBİB-in funksionallıqları ilə bağlı bir sıra sualların olması onlarla bağlı da qərarın veriləcəyi ehtimalını artırıb. Bununla bərabər Sosial Müdafiə Nazirliyinin də səlahiyyətlərinin genişlənəcəyi ehtimal olunur.

Bundan başqa yaxın vaxtlarda XİN-də ciddi kadr islahatlarının olacağı, xaricdəki bəzi diplomatların geri çağırılaraq təqaüdə göndərilməsi və onların yeniləri ilə əvəzlənməsi ehtimalı var”,- deyə o qeyd edib.


Politoloq həmçinin rayon icra hakimiyyətlrinin də struktur dəyişikliklərinə uğrayacağını istisna etməyib: “Orta perspektivdə isə regional idarəetmədə islahatların olacağı istisna deyil. Prezident İlham Əliyevin başçılığı altında idarəçiliyin daha da optimallaşması, institusional və struktur islahatları davam etməkdədir. İcra hakimiyyətlərinin strukturundan daha çox regional idarəetmədə dəyişikliklər ola bilər. İcra hakimiyyətləri institutu köklü şəkildə dəyişə bilər”.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}