“Gənclərin vətənpərvərlik tərbiyəsində milli-mənəvi dəyərlərin rolu” mövzusunda zona onlayn konfransı keçirildi.

06 may 2021-ci il tarixində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nın Tədbirlər Planının 5.1.3-cü yarımbəndinin icrası çərçivəsində  region gəncləri arasında "Gənclərin vətənpərvərlik tərbiyəsində milli-mənəvi dəyərlərin rolu" mövzusunda zona onlayn konfransı keçirildi.
Konfrasda respublikanın Şirvan zonasını əhatə edən şəhər və rayonlarının gəncləri  ilə yanaşı Şamaxı rayonundan da bir çox gənclər  iştirak edib. 
Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini cənab İntiqam Babayevin rəhbərliyi ilə keçirilən tədbirdə  çıxış edən natiqlər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş tarixi Qələbədən, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun mənəvi gücündən, dövlətin bu sahədə həyata keçirdiyi davamlı siyasətdən və qarşıda duran əsas məqsəd və vəzifələrdən, gənclərin tərbiyə olunmasında milli-mənəvi dəyərlərin rolunun əhəmiyyətindən danışdılar. Bununla yanaşı, çıxışçılar bu gün İslam aləmində gedən proseslərdən, dinin insanın formalaşmasındakı rolundan, din-elm münasibətlərindən, dövlətin din siyasətindən, dini dəyərlərin əhəmiyyətindən və bu istiqamətdə gənclərin qarşısında duran əsas vəzifələrdən söz açdılar.
Çıxışlar bitdikdən sonra mövzu ətrafında müzakirələr aparıldı, gəncləri maraqlandıran suallar natiqlər tərəfindən cavablandırılıb.
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}