ABŞ Kosmosu aktiv hərbi əməliyyatlar zonası elan edir

 

“ABŞ Kosmosu aktiv hərbi əməliyyatlar zonası elan edir”.


Şəffaflıq.az xəbər verir ki, bunu ölkənin Kosmik Qüvvələrinin Komandanı Con Reymond bəyan edib.

O həmçinin Rusiya və Çinin ölkəsinə aid peykləri məhv etmək üçün xüsusi silahlara malik olduğunu açıqlayıb.

C. Raymondun sözlərinə görə, bu qərarın verilməsində məqsəd Rusiya ilə münaqişə yox, onun ata biləcəyi addımların qarşısını almaqdır.

Bu arada, rəsmi Vaşinqton bundan sonra digər ölkələrin kosmik fəzada hərəkətinə nəzarət üçün xüsusi mexanizmin işə salınacağını bəyan edib.

Qeyd edək ki, ABŞ-ın Hərbi Hava Qüvvələri bir qədər əvvəl Rusiyanın Arktikadakı hərbi aktivliyindən də narahat olduğunu bildirib.

Qeyd edilib ki, təkcə 2020-ci il ərzində ABŞ tərəfi Arktika səması üzərində Rusiyaya aid 60-dan çox hərbi təyyarənin uçuşunu əngəlləməyə nail olub.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}