Yaponiya hökuməti azərbaycanlı iki məşqçini ordenlə təltif etdi

 Yaponiya hökuməti azərbaycanlı iki məşqçinin “2021-ci il Xarici vətəndaşlar üçün Orden Yaz kateqoriyası” üzrə ordenlə təltif olunmasını qərara alıb.
Şəffaflıq.az xəbr verir ki, Yaponiya Respublikasının Azərbaycandakı səfirliyindən verilən məlumata görə, bunlar "Kanokan-TT" Peşəkar Cüdo İdman Klubunun prezidenti Tərlan Həsənov və paracüdo üzrə Azərbaycan yığma komandasının keçmiş baş məşqçisi Əhməddin Rəcəblidir. Həsənov və Rəcəbliyə "Gümüş Şüalı Gündoğar Ordeni" (The Order of the Rising Sun, Silver Rays) təqdim ediləcək.
Xarici vətəndaşlar üçün Orden Yaponiya ilə dostluq əlaqələrinin inkişafında diqqətəlayiq əməyi olmuş əcnəbilərə Əlahəzrət İmperatorun adından təqdim olunur. Bu, 2016-cı il “Payız kateqoriyası” üzrə “Geniş lentli Gündoğar Ordeni” (Grand Cordon of the Order of the Rising Sun)ilə təltif olunan sabiq Baş nazirin müavini Abid Şərifovdan sonra növbəti ordenlərdir. Qarşıda Yaponiyanın Azərbaycandakı səfiri tərəfindən orden sahiblərinin ordenlə təltif olunmaları və ordenlə bağlı diplomun təhvil verilməsi üçün təltifetmə mərasiminin keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, Tərlan Həsənov Azərbaycanın ilk cüdoçularından biri kimi 1972-ci ildən Azərbaycanda cüdo üzrə məşqçi kimi çalışıb, 100-dən çox olimpiyaçı da daxil olmaqla, çoxsaylı istedadlı cüdoçu, 3 beynəlxalq dərəcəli cüdo hakimi, çoxsaylı cüdo məşqçiləri yetişdirib.
Əhməddin Rəcəbli Azərbaycanda cüdonun yayılmasının ilk günlərindən fəaliyyət göstərərək, cüdo məşqçisi kimi 500-dən çox cüdoçu yetişdirib. Paracüdo üzrə ikiqat paralimpiya çempionu İlham Zəkiyevin 2004-cü il Afina və 2008-ci il Pekin Yay Paralimpiya Oyunlarında 100 kq çəki dərəcəsində qızıl medal qazanmasında əvəzsiz rol oynayıb və bununla Azərbaycanda paralimpiya cüdosunun yayılmasına böyük təsir göstərərək, ölkədə cüdo və paracüdonun inkişafına töhfə verib.



Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}