Xeyirxah insanlar unudulmur

 

İsmayıllı rayonunda akademik Zərifə xanım Əliyevanın doğum günü qeyd olunub.  

Bu məqsədlə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə, Heydər Əliyev Mərkəzində Zərifə xanımın həyatına həsr olunmuş sərgi təşkil olunmuşdur. Ziyarətçilər gün ərzində sərgiyə baxış keçirərək onun xatirəsini yad ediblər. Həmçinin Zərifə xanıma həsr olunmuş mahnı və şeirlər səsləndirilib. 


Bundan əlavə, rayonun idarə və təşkilatlarında da Zərifə xanımın xatirəsi ehtiramla yad olunub. Bütün tədbirlər pandemiya qaydalarına uyğun olaraq keçirilib. 

Məlumat üçün bildiririk ki, bu gün 62 il ömür sürən bənzərsiz, işıqlı bir həyat yaşayan Zərifə xanım Əliyevanın doğum günüdür.

Yaşadığı ömür yolu parlaq və zəngin olan Zərifə xanım Azərbaycan tibb tarixində silinməz iz qoymuşdur. Hər kəs onu, yüksək intellektli, dərin bilikli, xeyirxah insan, bir sözlə nəcib Azərbaycan qadını kimi xatırlayır. Azərbaycan xanımlarının bütün gözəl xüsusiyyətlərini özündə birləşdirən Zərifə xanım istedadlı alim olmaqla yanaşı, həm də kövrək qəlbli insan, qayğıkeş və sevimli həyat yoldaşı, övladlarına gözəl tərbiyə verən mehriban ana olmuşdur. O, həyatını Azərbaycanın parlaq gələcəyi naminə daim mübarizələrdə keçirən Heydər Əliyevlə çiyin-çiyinə addımlayaraq, çətin günlərdə ona arxa-dayaq olub. Eyni zamanda, övladlarını vətəninə layiqli böyük şəxsiyyət kimi yetişdirib.

Həkimlikdən akademikliyə qədər yüksəlmiş Zərifə xanım öz tədqiqatları, fundamental əsərləri ilə Azərbaycan tibb elminə, oftalmologiyanın inkişafına əhəmiyyətli dərəcədə töhfələr vermişdir. O, həmçinin tibb sahəsində yüksək ixtisaslı kadrlar yetişdirməklə özündən sonra da zəngin irs qoyub.


Vahid İsmayılov,
Yanoş Məhərrəmov
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}