Rusiya qoşunlarını Ukrayna sərhədlərindən geri çəkir


 

Rusiyanın Cənub və Qərb hərbi dairələrinin qoşunları Krım da daxil olmaqla cənub sərhədlərindəki daimi yerləşmə nöqtələrindən 23 aprel tarixindən etibarən geri çəkiləcək.

Şəffaflıq.az RBK-yə istinadən xəbər verir ki, bunu nazir Sergey Şoyqu açıqlayıb.

Qoşunların geri çəkilmə müddəti mayın 1-nə qədər davam edəcək.

“Hesab edirəm ki, qəfil yoxlamanın məqsədlərinə tam şəkildə nail olunub. Qoşunlar ölkə üçün etibarlı müdafiə təmin etmək qabiliyyətini nümayiş etdirdi. Bu baxımdan Cənub və Qərb hərbi bölgələrində yoxlama fəaliyyətlərini tamamlamaq üçün qərar verdim”, - deyə rusiyalı nazir bildirib.

O, Rusiya Silahlı Qüvvələrinin “Rusiya sərhədləri yaxınlığında vəziyyətlə bağlı bütün dəyişikliklərə adekvat reaksiya verdiyini” vurğulayıb.

Qoşunların çıxarılması xəbərindən dərhal sonra Rusiya valyutası həm dollara, həm də avroya nisbətdə bahalaşıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}