“Google Chrome” brauzeri daha təhlükəsiz olub

 “G"Google" şirkəti öz brauzerinin yeni versiyasını - "Chrome 90"nı çıxarıb. Reallaşdırılmış kiçik yeniliklər arasında bir əsas məqam var. Artıq standart ayar kimi "HTTPS" protokolundan istifadə ediləcək.
Şəffaflıq.az ictnews.az-a istinadən bildirir ki, bu yenilik haqqında ilk danışıqlar hələ martın sonunda başlanmışdı. Məhz o vaxt insayderlər "Google" şirkətinin "Chrome" brauzerində HTTP-dən HTTPS-ə genişmiqyaslı keçidə hazırlaşdığını aşkar etmişdilər. İndi, brauzerin 90-cı versiyasında bu, artıq tətbiq edilib.
Axtarış nəhənginin nümayəndələri bildiriblər ki, indi bütün saytlar təhlükəsiz protokol ilə açılacaq. Bu, yalnız istifadəçilərin təhlükəsizliyinə deyil, həm də saytların yüklənməsini sürətləndirməyə kömək edəcək. Məsələ ondadır ki, bir çox resurslar öz ziyarətçilərini HTTPS versiyaya keçirir və buna vaxt sərf edir. İndi belə gecikmə olmayacaq.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}